10 aprel 2025-ci il tarixində Quba rayonu Şahin Allahyarov adına ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində “Zəkaların Mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilmişdir.
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunan “Zəkaların Mübarizəsi” olimpiadasında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan IX və XI sinif şagirdlərdən ibarət 5 komanda iştirak etmişdir.
Şahmat üzrə keçirilən olimpiadada hər komanda 5 nəfərdən (3 oğlan və 2 qız) ibarət təşkil edilmişdir. Maraqlı və gərgin keçən yarışda Quba rayonunu təmsil edən komanda I yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ qazanmışdır.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası IX-XI sinif şagirdlərinin riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamatləri üzrə bilik və bacarıqlarını yoxlayacaq..
Yeni Şərh