Aprelin 27-dən etibarən Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının yarımfinal mərhələsinin buraxılış vərəqələrinin verilməsinə başlanılıb.

Yarımfinalda iştirak hüququ qazanmış şagirdlər portal.edu.az saytına daxil olaraq buraxılış vərəqələrini yükləyə bilərlər.

Buraxılış vərəqəsi əldə etməkdə çətinlik çəkən şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.

Ətraflı: https://arti.edu.az/.../respublika-f%c9%99nn-musabiq%c9.../