Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Siyəzən rayonu üzrə yarımfinal mərhələsində iştirak hüququ qazanmış bəzi şagirdlərin təhsil aldığı ümumi təhsil müəssisələrinin rəhbərləri və fənn müəllimləri ilə növbəti mərhələdə iştiraklarına dəstək məqsədilə görüş keçirilmişdir.
Tədbir zamanı Olimpiadanın növbəti mərhələsi üçün hazırlıq prosesi müzakirə edilmiş, məktəb rəhbərləri və müəllimlərə bu istiqamətdə tövsiyələr verilmiş, həmçinin onları maraqlandıran suallar cavablandırılmışdır.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #RFO




Yeni Şərh