Fevralın 23-də Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.
Respublika Fənn Olimpiadalarının yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə təşkil olunub.
Quba-Xaçmaz regionu üzrə 2 mərkəzdə keçirilən yarımfinal turunda ümumilikdə 726 şagird iştirak edib.
Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələrində elan olunacaq.
Yeni Şərh