Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsi uğurla təşkil olunub.

Yarımfinal mərhələsi Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. Olimpiadada region üzrə ümumtəhsil məktəblərini təmsil edən ümumilikdə 386 şagird iştirak edib.

Şagirdlər tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsi informatika fənni üzrə 7–8 mart tarixlərində keçiriləcək.