Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayıb
26 noyabr saat 15:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilib. Şagirdlər 9 dekabr tarixinədək https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək, "Müsabiqə və olimpiadalar" bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.
VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil almağa marağı artırmaq, onların özünə inamını gücləndirmək, fənlər üzrə istedad və yaradıcı təfəkkürü aşkar edərək şagirdlərin potensial imkanlarını inkişaf etdirmək və ixtisas seçiminə hazırlıq yaratmaqdır.
Yeni Şərh