Dekabrın 22-də Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.
Respublika Fənn Olimpiadaları ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılması məqsədilə təşkil edilir.
Qeyd edək ki, olimpiadada iştirak etmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 4198 nəfər şagird qeydiyyatdan keçmişdir.
Olimpiadada iştirak etmiş şagirdlərimizə uğurlar arzulayırıq!
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #RFO





Yeni Şərh