STEAM’ool Olimpiadasına qeydiyyata başlanılıb
Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə növbəti “STEAM’ool” olimpiadası elan edilib.
Oimpiadanın ilkin seçim prosesi onlayn formatda 19 aprel 2026-cı il tarixində həyata keçiriləcək.
Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) sahələrinə olan marağını artırmaq, onların analitik təfəkkürünü inkişaf etdirmək və innovativ həllər yaratmaq bacarıqlarını stimullaşdırmaqdır.
Qeydiyyat və ətraflı məlumat üçün:
Yeni Şərh