Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsinin informatika fənni üzrə buraxılış vərəqələri artıq hazırdır.

Şagirdlər portal.edu.az saytına daxil olub vərəqələri yükləyə bilərlər.

Xatırladaq ki, informatika fənni üzrə imtahan 7-8 mart tarixlərində keçiriləcək.