45 şagirdimiz Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 44 şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.
Yarımfinal mərhələsində Quba rayonu üzrə 15, Qusar rayonu üzrə 6, Xaçmaz rayonu üzrə 15, Şabran rayonu üzrə 6, Siyəzən rayonu üzrə isə 3 şagird uğur qazanaraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Şagirdlərimizi təbrik edir, onlara Final mərhələsində uğurlar arzulayırıq!
Yeni Şərh