62 nəfər şagirdimiz Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinə vəsiqə qazanıb

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsində iştirak etmiş 610 şagirddən 62 nəfəri yüksək nəticə göstərərək final mərhələsində iştirak hüququ qazanmışdır.

Qeyd edək ki, müsabiqələrin təşkilində əsas məqsəd istedadlı şagirdlərin müəyyən edilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı və məntiqi düşünmə qabiliyyətlərinin stimullaşdırılması, həmçinin sağlam rəqabət mühitinin formalaşdırılmasına dəstək göstərilməsidir.

Final mərhələsinə vəsiqə qazanmış bütün şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #Olimpiada #FənnMüsabiqəsi