Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə keçirilən Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsində iştirak edəcək şagirdlərin sayı və fənnlər üzrə statistik göstəriciləri təqdim olunur.

Nəticələrə əsasən, Quba rayonu üzrə 25 nəfər, Şabran rayonu üzrə 21 nəfər, Xaçmaz rayonu üzrə 13 nəfər, Qusar və Siyəzən rayonlarının hər biri üzrə isə 3 nəfər şagird final mərhələsinə vəsiqə qazanmışdır.

Şagirdlərimizi təbrik edir, final mərhələsində onlara uğurlar arzulayırıq.