7 yanvar 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun və Quba rayonu üzrə təhsil sektorunun müdiri çıxış edərək, məktəbdaxili qiymətləndirmənin düzgün təşkili, PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi, BilBacar müsabiqəsi və həyata keçiriləcək monitorinqlərə hazırlıq məsələlərini müzakirə ediblər.




Yeni Şərh