“Məktəblər üçün PISA” qiymətləndirməsinə start verilib

06.01.2026-cı il tarixindən etibarən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Məktəblər üçün PISA” qiymətləndirməsinə başlanılmışdır.

Qiymətləndirmədə region üzrə 13 ümumi təhsil müəssisəsindən ümumilikdə 650 nəfər şagirdin iştirakı nəzərdə tutulur.

Qiymətləndirmə prosesinin növbəti həftə ərzində yekunlaşdırılması planlaşdırılır.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #PİSA