Xaçmaz, Qusar və Siyəzən rayonlarında PİSA-2025 Beynəlxalq qiymətləndirməsi ilə bağlı şagirdlərlə maarifləndirici görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev iştirak etmişdir.
Görüşdə şagirdlərə qiymətləndirmənin əhəmiyyəti izah edilmiş, onun oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları, eləcə də bu biliklərin real həyatda tətbiq qabiliyyətini ölçmək məqsədi daşıdığı vurğulanmışdır.
Yeni Şərh