Aprelin 20-dən başlayaraq Azərbaycanda 4-cü sinif şagirdlərinin oxu savadlılığının inkişafını qiymətləndirən PIRLS 2026 (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsi başa çatıb.

Tədqiqatın əsas mərhələsində ölkə üzrə 224 məktəbin 6300-dən çox şagirdi qiymətləndirməyə cəlb olunub. Qiymətləndirmə aprel və may ayları ərzində həyata keçirilib. Son üç tədqiqat dövründən fərqli olaraq bu il tədqiqatda şagirdlərimiz kağız əsaslı deyil, kompüter əsaslı qiymətləndirmədə iştirak ediblər.

Ətraflı: https://arti.edu.az/.../pirls-2026-beyn%c9%99lxalq-qiym.../