20 aprel tarixindən etibarən Azərbaycanda IV sinif şagirdlərinin oxu savadlılığının inkişafını qiymətləndirən beynəlxalq PIRLS 2026 tədqiqatının (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) əsas mərhələsinin keçirilməsinə start verilib.

Qiymətləndirmə aprel və may ayları ərzində keçiriləcək.

Son üç tədqiqat dövründən fərqli olaraq bu il tədqiqatda şagirdlərimiz kağız əsaslı deyil, kompüter əsaslı qiymətləndirmədə iştirak edəcəklər.

Tədqiqatın əsas mərhələsində ölkə üzrə 224 məktəbdən 6000-dən çox şagird qiymətləndirməyə cəlb olunacaq.

Tədqiqatda şagirdlər oxu sahəsi üzrə testlərlə yanaşı, onların təhsil və sosial mühiti ilə bağlı sorğu suallarını da cavablandırırlar. Həmçinin, valideynlər, məktəb rəhbərləri və tədqiqatda iştirak üçün seçilmiş siniflərin müəllimləri də sorğuda iştiraka cəlb edilirlər.

Ətraflı: https://arti.edu.az/.../beyn%c9%99lxalq-pirls-2026-t%c9.../