PIRLS Beynəlxalq qiymətləndirmə tədqiqatı başa çatdı

27–29 aprel tarixlərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən PIRLS Beynəlxalq qiymətləndirməsi uğurla başa çatmışdır.

29 aprel tarixində isə Xaçmaz rayonu üzrə seçilmiş ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə təşkil olunan tədqiqat müvəffəqiyyətlə yekunlaşmışdır.

Qiymətləndirmədə ümumilikdə 14 ümumtəhsil müəssisəsi iştirak etmiş, üç gün ərzində keçirilən prosesə 315 şagird cəlb olunmuşdur.

Qeyd edək ki, PIRLS qiymətləndirməsi hər beş ildən bir keçirilir və 2016-cı ildən bəri şagirdlərin yalnız ənənəvi materiallar üzrə deyil, həm də onlayn mühitdə (ePIRLS) təqdim olunmuş materiallar üzrə oxu savadlılığını ölçür. Azərbaycan ilk dəfə bu qiymətləndirmə dövründə ePIRLS-də iştirak edir. ePIRLS şagirdlərin onlayn mühitdə lazım olan məlumatı tapa bilmək və həmin məlumatı digər məlumatlarla əlaqələndirib təhlil etmək qabiliyyətini qiymətləndirir.