Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində PIRLS beynəlxalq qiymətləndirməsinin keçirilməsinə start verilib.

Bu qiymətləndirmə ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının və mətn anlama səviyyəsinin beynəlxalq standartlar əsasında ölçülməsi məqsədi daşıyır.

Qiymətləndirmə prosesi müəyyən edilmiş məktəblərdə seçilmiş şagirdlərin iştirakı ilə həyata keçirilir və əldə olunan nəticələr təhsilin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, PIRLS tədqiqatı vasitəsilə əldə olunan nəticələr ölkələr üzrə müqayisəli təhlillərin aparılmasına, tədris prosesinin təkmilləşdirilməsinə və şagirdlərin oxu savadlılığının inkişafına yönəlmiş qərarların qəbuluna imkan yaradır.