PISA 2024 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak etmiş Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak etmişdir. Tədbirin əsas məqsədi PISA 2024 nəticələrinin təhlili, əldə olunan göstəricilərin müzakirəsi və növbəti mərhələ üçün prioritet hədəflərin müəyyənləşdirilməsi olmuşdur.
Görüşdə məktəb rəhbərlərinə PISA 2024 nəticələrinin təhlili ilə bağlı müvafiq tövsiyələr verilmişdir. Qarşıya qoyulan hədəflərin icrası ilə bağlı ardıcıl və sistemli işin aparılmasının vacibliyi vurğulanmışdır.
Yeni Şərh