PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) beynəlxalq tədqiqatının əsas mərhələsi davam edir
20 may 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam оrtа ümumtəhsil məktəbində Qusar rayonu üzrə 3 ümumtəhsil məktəbinin 40 şagirdi arasında PISA 2025 beynəlxalq tədqiqatının əsas mərhələsi həyata keçirilmişdir.
Digər ümumi təhsil müəssisələri üzrə qiymətləndirmə növbəti günlərdə mərhələli şəkildə davam etdiriləcəkdir.
Qeyd edək ki, PISA — İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır. Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, həmçinin bu biliklərin gündəlik həyatda tətbiqi səviyyəsini ölçən proqramdır.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #PISA2025





Yeni Şərh