Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 14 ümumtəhsil müəssisəsində aprel–may aylarında keçiriləcək PIRLS 2026 – Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatının əsas mərhələsinin təşkili ilə bağlı həmin müəssisələrin direktorları ilə görüş keçirilmişdir.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak etmişdir.
Görüş zamanı tədqiqatın keçirilməsinə dair mövcud vəziyyət təhlil edilmiş, hazırlıq prosesində qarşıya çıxan çətinliklər müzakirə olunmuş və onların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verilmişdir. Eyni zamanda, təşkilati məsələlər, qiymətləndirmə prosesinin keyfiyyətli və şəffaf şəkildə həyata keçirilməsi üçün görülməli işlər diqqətə çatdırılmışdır.
Yeni Şərh