İqlim savadlılığı üzrə səriştə əsaslı qiymətləndirmənin pilot mərhələsi keçirilib
Oktyabrın 8-də Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində PISA 2029 dövrü çərçivəsində iqlim savadlılığı üzrə yeni səriştə əsaslı qiymətləndirmənin pilot mərhələsi həyata keçirilib. Qiymətləndirmədə məktəbin ümumilikdə 21 şagirdi iştirak etmişdir.
Qiymətləndirmə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 3 ümumtəhsil məktəbində 9 və 10 oktyabr 2025-ci il tarixlərində davam etdiriləcək.
Yeni Şərh