11 aprel 2025-ci il tarixində Quba rayonu Rəhman Məmmədov adına Alekseyeka kənd tam orta ümumtəhsil məktəbində PİSA-2025 Beynəlxalq qiymətləndirməsi ilə bağlı şagirdlərlə maarifləndirici görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev iştirak etmişdir.
Görüşdə şagirdlərə qiymətləndirmənin rolu və məqsədi izah olunmuş, onun yalnız bilik yox, həm də bacarıqları qiymətləndirmək üçün vacib vasitə olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, qiymətləndirmə prosesi oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrində əldə edilən bilik və bacarıqların, həmçinin bu biliklərin gündəlik həyatda istifadə olunma imkanlarının ölçülməsinə xidmət edir.
Yeni Şərh