“Sabahın alimləri” müsabiqəsinin finalçıları ilə görüş keçirilib

“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komanda üzvləri ilə görüş keçirilmişdir.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova və idarənin əməkdaşları iştirak etmişlər. Çıxışlar zamanı şagirdlərin əldə etdikləri uğur yüksək qiymətləndirilmiş, onların elmi-tədqiqat fəaliyyətinə marağının artırılmasının əhəmiyyəti vurğulanmışdır.

Sonda komanda üzvlərinə müsabiqənin final mərhələsində uğurlar arzu olunmuş, onları daha böyük nailiyyətlərə doğru inamla irəliləməyə səsləmişlər.