ℹ“Təsərrüfat və maliyyə” istiqaməti üzrə təlimlər keçirildi

✅30-31 iyul 2025-ci il tarixlərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maliyyə-təsərrüfat sahəsi üzrə cavabdeh şəxslər üçün “Təsərrüfat və maliyyə” istiqaməti üzrə təlimlər keçirilmişdir.

✅Təlimlər iştirakçıların maliyyə və təsərrüfat idarəçiliyi sahəsində praktiki bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin təhsil müəssisələrində idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına xidmət etmişdir.

✅Tədbirdə əldə edilmiş nəticələr və iştirakçı rəyləri müsbət qiymətləndirilmiş, gələcəkdə bu tip təlimlərin davam etdirilməsi məqsədəuyğun sayılmışdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ