Azərbaycan Respublikası Təhsil İnstitutunun sifarişi ilə Peşəkar Təlim və İnkişaf Mərkəzi tərəfindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün təlimlərə başlanılmışdır.

Xaçmaz, Qusar və Siyəzən rayonları üzrə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün "Məktəbəqədər təhsil müəssisələrində təlimin təşkilinin əsasları" mövzusunda ixtisasartırma təlimi keçirilmişdir.

Təlimin məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, onları müasir yanaşma və texnologiyalarla, həmçinin müxtəlif strategiya və modellərlə tanış etməkdir.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ