Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində psixoloji xidmət səviyyəsinin artırılması məqsədilə növbəti həftədən etibarən rayonlar üzrə təlimlərin keçirilməsinə başlanacaqdır.
Avqustun 28-də Quba-Xaçmaz Regional Təhsil İdarəsində yerlərdə təlimləri həyata keçirəcək psixoloqlarla görüş təşkil olunmuşdur. Görüş zamanı iştirakçılara təlimlərin təşkilati və metodiki yönləri, habelə müvafiq prosedurlar haqqında məlumatlar təqdim olunmuş, lazımi təlimatlar verilmişdir.
Yeni Şərh