Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə 27 avqust 2024-cü il tarixdə Quba və Qusar rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklər barədə təlim xarakterli görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyeva və DƏMX-nin Quba-Xaçmaz Regional şöbəsinin rəisi Təngiz Nəzərov iştirak etmişdir.

Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə müvafiq olaraq əmək münasibətlərinin tənzimlənməsi istiqamətində İdarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərini məlumatlandırmaq olmuşdur.

Görüş zamanı təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılmış, müvafiq istiqamətdə tövsiyələr verilmişdir.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ