“Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar” mövzusunda konfrans və təcrübi seminar keçirilib

28 avqust 2026-cı il tarixində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Quba Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar” mövzusunda konfrans və təcrübi seminar keçirilib.

Tədbir çərçivəsində iştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət edib, burada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, həmçinin foto-sərgi ilə tanış olublar.

Konfrans zamanı yeni tədris ili ərəfəsində qarşıda duran əsas vəzifələr, müasir təlim metodlarının tətbiqi, fəaliyyət və tədris planlarının təkmilləşdirilməsi, innovativ yanaşmaların təhsil prosesinə inteqrasiyası və qabaqcıl təcrübənin bölüşdürülməsi məsələləri müzakirə edilib.

Tədbir çərçivəsində iştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri və prioritet vəzifələr müəyyənləşdirilib.