Azərbaycan Respublikası Basketbol Federasiyası və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə basketbol idman növünün təbliğini həyata keçirmək məqsədilə ümumi təhsil müəssisələrində çalışan fiziki tərbiyə müəllimləri üçün təlim təşkil olunmuşdur.
Keçirilən təlim nəzəri və praktiki hissədən ibarət olmuşdur.
Gələcəkdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində basketbol idman növünün inkişafı istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.





Yeni Şərh