Sertifikasiyaya hazırlıq məqsədilə təlimlərə başlanılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün kurikulum təlimi təşkil olunub. Təlimdə 80-dən çox müəllim iştirak edib.

Təlimlərin təşkilində əsas məqsəd müəllimlərə sertifikasiya hazırlığında dəstək olmaqdan ibarətdir.

Qeyd edək ki, növbəti günlərdə fənlər üzrə təlimlərin təşkili nəzərdə tutulur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ