Təlimlər başa çatdı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən təlimlər uğurla başa çatmışdır.
Təlimlər zamanı tərbiyəçi-müəllimlər uşaqyönümlü təlim metodları, erkən yaş dövründə fərdi yanaşma, oyun və layihə əsaslı öyrənmə, eləcə də pedaqoji etika və effektiv ünsiyyət bacarıqları üzrə bilik və təcrübələrini artırmaq imkanı əldə etdilər.
Yeni Şərh