10 iyun 2026-cı il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şabran şəhər 1 nömrəli Körpələr Evi–Uşaq Bağçasında “Valideyn–Bağça Münasibətləri” mövzusunda maarifləndirici təlim keçirilmişdir.
Təlimdə peşəkar psixoloqlar iştirak etmiş, valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında sağlam əməkdaşlığın əhəmiyyəti, uşaqların psixoloji inkişafında ailə və bağçanın birgə rolunun vacibliyi, eləcə də effektiv ünsiyyət və qarşılıqlı dəstək prinsipləri barədə ətraflı məlumat vermişlər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, valideynləri maraqlandıran suallar cavablandırılmış və praktik tövsiyələr təqdim edilmişdir.
Yeni Şərh