Xüsusi hallara dair görüş keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə 26 noyabr 2024-cü il tarixdə "Xüsusi hallar zamanı görülməli işlər" mövzusunda görüş keçirilmişdir.
Görüşün keçirilməsində əsas məqsəd xüsusi hallar zamanı atılması vacib olan addımlara dair maarifləndirmə işi aparmaq, ümumi təhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etmək, daha səmərəli işçi platformasının yaradılmasına nail olmaqdır.
Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Altun Rəcəbli və Sahibə Əliyeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev, İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi və eyni zamanda region üzrə xüsusi hallarla bağlı məsul şəxs Elvin Mehdizadə və rayonlar üzrə təhsil sektorlarının müdirləri iştirak etmişdir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Altun Rəcəbli təhsil müəssisələrində baş verən xüsusi hallarda operativ məlumatların çatdırılması, təcili tədbirlərin görülməsi və müəssisə rəhbərlərinin məsuliyyətləri barədə geniş məlumat verərək məktəblərdə baş verən xüsusi hallarla bağlı məsələlərə hər zaman həssaslıqla yanaşıldığını, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini, bu istiqamətdə fəaliyyətin tənzimlənməsində daha konkret yanaşmanın əhəmiyyətini vurğulayıb. O, həmçinin, həssas qruplara daxil olan uşaqlarla işə diqqətin artırılmasının, valideynlərlə əməkdaşlığın gücləndirilməsinin, effektiv kommunikasiyanın yaradılmasının zəruriliyini qeyd etmişdir.
Daha sonra görüş qarşılıqlı müzakirələrlə davam edib. Müvafiq təkliflər irəli sürülüb, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.





Yeni Şərh