Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün “Məktəbəqədər təhsil-Gələcəyin təhsilinə açılan yol” adlı təlimlərə start verilib.

Təlimlərin məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil sahəsində olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir. Eyni zamanda, təlimlər tərbiyəçi-müəllimlərin sertifikasiya imtahanına hazırlıq prosesinə dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, təlimlər növbəti günlər də davamlı olaraq təşkil ediləcək.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ