Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində çalışan təhsilverənlər üçün “Süni İntellekt” mövzusunda təlimlər keçirilir.
Təlimlər zamanı iştirakçılara süni intellekt alətlərinin təhsil prosesində praktik tətbiqi ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunur. Təlim çərçivəsində müəllim və tərbiyəçi müəllimlər:
Süni intellekt vasitəsilə dərs və məşğələ planlarının hazırlanması,
Günlük və həftəlik fəaliyyətlərin daha səmərəli təşkili,
Təlim resurslarının və interaktiv materialların hazırlanması,
Uşaqların yaş xüsusiyyətlərinə uyğun rəqəmsal məzmunun yaradılması,
Yaradıcı tapşırıqların və qiymətləndirmə prosesinin avtomatlaşdırılması,
NotebookLM, Gemini və digər müasir Sİ platformalarının tətbiqi imkanları,
Tədris prosesində rəqəmsal alətlərdən səmərəli istifadə yolları,
Müasir texnologiyaların təhsildə tətbiqinə dair praktik nümunələr barədə məlumat əldə edirlər.
Təlimlərin əsas məqsədi pedaqoji heyətin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, tədris və təlim-tərbiyə prosesində innovativ yanaşmaların tətbiqini genişləndirmək, həmçinin süni intellekt alətlərindən effektiv istifadə vərdişlərini formalaşdırmaqdır.
Yeni Şərh