“Təsərrüfat və maliyyə” istiqaməti üzrə təlimlər keçirildi
8 avqust 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və maliyyə-təsərrüfat sahəsi üzrə cavabdeh şəxslər üçün “Təsərrüfat və maliyyə” istiqaməti üzrə təlimlər keçirilmişdir.
Təlimlər iştirakçıların maliyyə və təsərrüfat idarəçiliyi sahəsində praktiki bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin təhsil müəssisələrində idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına xidmət etmişdir.
Tədbirdə əldə edilmiş nəticələr və iştirakçı rəyləri müsbət qiymətləndirilmiş, gələcəkdə bu tip təlimlərin davam etdirilməsi məqsədəuyğun sayılmışdır.





Yeni Şərh