📢“Ən Yaxşı Təqdimat” müsabiqəsində növbəti mərhələyə start verilib

ℹ️“Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən Yaxşı Təqdimat” müsabiqəsinin qeydiyyat mərhələsi uğurla yekunlaşıb. Ölkə üzrə 3952 şagird müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçib. Növbəti regional mərhələ 10-19 mart tarixlərində keçiriləcək.

🏆Regional mərhələdən uğurla keçən iştirakçılar final turuna vəsiqə qazanaraq öz təqdimat bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

❗Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.

#MÜTDA #EduAz #ƏnYaxşıTəqdimat