Aprelin 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin IV və VI siniflərində monitorinqin sınaq mərhələsi təşkil edilmişdir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində yerləşən, təsadüfi seçilmiş 36 ümumi təhsil müəssisəsində IV və VI sinif şagirdləri üçün monitorinq imtahanlarının sınaq mərhələsi həyata keçirilib.

İmtahanlar həm kağız, həm də kompüter əsaslı formatda təşkil olunub. Qeyd edək ki, budəfəki monitorinqlər ilk dəfə kompüter əsaslı formatda tətbiq olunması ilə yadda qalıb.

Kağız daşıyıcılarda keçirilən imtahanlara IV sinifdən 1160, VI sinifdən isə 1150 şagird cəlb olunub. Kompüter əsaslı formatda isə IV sinif üzrə 970, VI sinif üzrə 964 şagirdin iştirakı nəzərdə tutulub.

Kompüter əsaslı imtahanlar 13 aprel 2025-ci il tarixində də davam edəcək.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #Monitorinq