Quba - Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin 102-ci illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin region mərhələsinin seçim turuna başlanılıb.

“Ən yaxşı təqdimat” müsabiqəsi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.

Müsabiqədə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri üçün portal.edu.az saytından qeydiyyatdan keçmiş və region mərhələdə iştirak etmək hüququ qazanmışlar.

Elm və Təhsil Nazirinin müvafiq əmri ilə rəsmiləşdirilən müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunur.

Final mərhələsində iştirakçılar müəyyənləşdirilmiş meyarlar əsasında müsabiqə komissiyası tərəfindən qiymətləndirilir və qaliblər seçilir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunurlar.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #Ənyaxşıtəqdimat