Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-IX siniflərində Azərbaycan dili və Riyaziyyat fənləri üzrə Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən monitorinq keçirilmişdir.
Monitorinqlərin məqsədi təhsil sistemində tədris prosesinin effektivliyini qiymətləndirmək, müvafiq göstəriciləri müəyyənləşdirmək və təhsilin keyfiyyətini artırmaqdır. Bu monitorinqlər, həmçinin şagirdlərin bilik və bacarıqlarının inkişafını, müəllimlərin iş fəaliyyətini və tədris metodlarını analiz etməyə kömək edir.





Yeni Şərh