22-23 yanvar 2025-ci il tarixlərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdləri arasında Azərbaycan dili və riyaziyyat fənlərindən mərkəzləşdirilmiş səriştə əsaslı böyük summativ qiymətləndirmələr təşkil edilib.
2024-2025-ci tədris ilinin birinci yarımili üzrə keçirilən böyük summativ qiymətləndirmə zamanı şagirdlərə 90 dəqiqə ərzində hər fənn üzrə 20 tapşırıq təqdim edilib.
Qiymətləndirmənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqları həll etmə bacarıqlarını inkişaf etdirmək və tədris proqramı çərçivəsində əldə etdikləri bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirməkdir.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #summativ #qiymətləndirmə





Yeni Şərh