Fevralın 27-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tədrisin keyfiyyəti sahəsindəki fəaliyyət planına uyğun olaraq Quba və Xaçmaz rayonları üzrə təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüşlər keçirilib.
Görüşlərdə fəaliyyət planı, qarşıya qoyulmuş hədəflər və bu hədəflərə çatma mexanizmləri müzakirə edilib. IV və VI siniflər üzrə son 3 tədris ilində təşkil edilmiş monitorinq nəticələri təhlil olunub və hər məktəb üçün konkret hədəflər müəyyənləşdirilib. Eyni zamanda, IX siniflər üzrə ötən il keçirilən buraxılış imtahanlarının nəticələri təhlil edilib.
Sonda məktəb rəhbərlərinə tədrisin keyfiyyətinin artırılması ilə bağlı tövsiyələr verilib və onların sualları cavablandırılıb.
Görüşlərin növbəti günlərdə digər rayonlar üzrə təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilməsi planlaşdırılır
Yeni Şərh