Martın 19-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, Cerebry platforması üzrə dərslərin tədris edildiyi ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdləri arasında təbiət fənnindən mərkəzləşdirilmiş səriştə əsaslı kiçik summativ qiymətləndirmələr təşkil edilib.
Keçirilən kiçik summativ qiymətləndirmələr zamanı şagirdlərə 20 tapşırıq təqdim edilib.
Qiymətləndirmənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqları həll etmə bacarıqlarını inkişaf etdirmək və tədris proqramı çərçivəsində əldə etdikləri bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirməkdir.
Yeni Şərh