Fevralın 25-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tədrisin keyfiyyəti sahəsindəki fəaliyyət planına uyğun olaraq Şabran və Siyəzən rayonları üzrə təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüşlər keçirilib.

Görüşlərdə fəaliyyət planı, qarşıya qoyulmuş hədəflər və bu hədəflərə çatma mexanizmləri müzakirə edilib. IV və VI siniflər üzrə təşkil edilmiş monitorinq nəticələri təhlil olunub və hər məktəb üçün konkret hədəflər müəyyənləşdirilib.

Sonda məktəb rəhbərlərinə tədrisin keyfiyyətinin artırılması ilə bağlı tövsiyələr verilib və onların sualları cavablandırılıb.

Görüşlərin növbəti günlərdə digər rayonlar üzrə təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilməsi planlaşdırılır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ