Dekabrın 20-də “Kiçik Akademiya”ların təşkil olunduğu və təşkilinin nəzərdə tutulduğu Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.
Görüş zamanı “Kiçik Akademiya”ların fəaliyyət göstərdiyi məktəblərin rəhbərləri öz işlərini təqdim etmiş və təcrübələrini bu akademiyaların təşkil olunacağı digər məktəblərin rəhbərləri ilə bölüşmüşlər.
Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkilində məqsəd yuxarı sinif şagirdlərinin elmi araşdırmalara yönləndirilməsi, müasir tədqiqat metodlarına yiyələnmələrinin təmin edilməsi, həmçinin ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsidir.





Yeni Şərh