Martın 13-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar, Şabran və Siyəzən rayonları üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.

Görüşdə ötən 3 il ərzində ümumi təhsil müəssisələrində aparılmış keyfiyyət monitorinqlərinin icmalı və “Ümumtəhsil müəssisələrində keyfiyyətin qiymətləndirmə çərçivəsi” sənədi barədə müzakirə aparılmışdır.

Görüş zamanı aparılmış keyfiyyət monitorinqinin nəticələri müzakirə olunub, təhsil müəssisələrinin fəaliyyətinin təhlili aparılıb və təhsilin keyfiyyətinin artırılması istiqamətində təkliflər irəli sürülüb. Müəssisə rəhbərlərinə təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə əsas istiqamət xüsusi vurğulanıb.

Bununla yanaşı, təhsil müəssisələrinin inkişaf strategiyalarının formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, müasir tədris metodlarının tətbiqinin zəruriliyi vurğulanıb.

Eyni zamanda, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Zəkaların Mübarizəsi” Olimpiadası barədə direktorlara məlumat verilib. Qeyd edək ki, Olimpiadanın keçirilməsində əsas məqsəd, ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ