Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin respublika turunda Quba–Xaçmaz Regional Təhsil İdarəsi üzrə iştirak edən 5 şagirdin hər biri uğur qazanıb.
“Ən yaxşı təqdimat” müsabiqəsində Siyəzən şəhəri Nazim Əsədov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Əli Bayramov, Quba rayonu Əfqan İdrisov adına Möhüc kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Rəfael Fətiyev və Xaçmaz rayonu Niyazoba kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Mövlud Əhmədov – I yerə, Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin şagirdi Xatun Hüseynova – II yerə, Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nuray Rəhimova isə – III yerə layiq görülmüşdür.
Qalib şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Yeni Şərh