STEAM və Rəqəmsal bacarıqlar layihəsinin tətbiq olunduğu Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri və məsul əməkdaşları ilə onlayn formatda görüş keçirilmişdir.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova və idarənin lahiyə üzrə məsul əməkdaşları iştirak etmişdir.
Görüş zamanı layihənin icra vəziyyəti, qarşıda duran vəzifələr və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər müzakirə olunmuşdur.
Yeni Şərh